...

Azərbaycanda əsgər güllələnib

Hadisə Materials 30 Aprel 2014 10:39 (UTC +04:00)
Azərbaycanda əsgər əsgər yoldaşını güllələyib.
Azərbaycanda əsgər güllələnib

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir İ.İzzət/

Azərbaycanda əsgər hərbi xidmət yoldaşını güllələyib.

Trend xəbər verir ki, aprelin 29-da cəbhə bölgəsində yerləşən hərbi hissələrdən birində silahlı insident baş verib. Belə ki, Müdafiə Nazirliyinin cəbhənin Beyləqan rayonu istiqamətində yerləşən N saylı hərbi hissəsində əsgər Cavid Mirzəyev digər əsgər yoldaşı Nəsimi Rüstəmovu avtomat silahdan atdığı atəş nəticəsində yaralayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı Trend-ə təsdiq edərək bildiriblər ki, hadisə əsgər Cavid Mirzəyevin təhlükəsizlik qaydalarını pozaraq silahla ehtiyatsız davranması nəticəsində baş verib. Hazırda yaralı əsgər Nəsimi Rüstəmov hərbi hospitaldadır, onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla əlaqədar hərbi prokurorluq tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti