...

“Adi su” metadon məhlulu çıxdı

Hadisə Materials 30 Aprel 2014 14:07 (UTC +04:00)
İrandan gələn Azərbaycan vətəndaşından qadağan olunan maddə götürülüb.
“Adi su” metadon məhlulu çıxdı

Azərbaycan, Bakı, 30 aprel /Trend/

İrandan gələn Azərbaycan vətəndaşından qadağan olunan maddə götürülüb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Vidadi Mahmudov gömrük nəzarətindən keçərkən onun gömrük nəzarətinə "adi su" kimi təqdim etdiyi plastik qabda 480 ml həcmində metadon məhlulu aşkar olunub.

Xatırladaq ki, metadon məhlulu "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir və 480 ml məhlulda metadonun quru maddəsinin ümumi miqdarı 0,48 qram təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti