...

Şəmkirdə partlayış baş verib, xəsarət alan var (FOTO)

Hadisə Materials 11 May 2014 08:57 (UTC +04:00)
Şəmkirdə mənzillərin birində partlayış baş verib.
Şəmkirdə partlayış baş verib, xəsarət alan var (FOTO)

Azərbaycan, Bakı, 11 may / Trend /

Şəmkirdə mənzillərin birində partlayış baş verib.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, hadisə nəticəsində ev sahibi ağır yaralanıb. Hadisəyə ilkin səbəb kimi mənzildə olan qaz sızması göstərilir.

Hadisə gecə saat 5:00 radələrində Şəmkir rayonunun Təzəkənd kəndində Qurban Abdullayevə məxsus fərdi yaşayış evində qeydə alınıb.

Partlayışdan sonra ev tamamilə yararsız hala düşüb. Bundan başqa ev sahibi 45 yaşlı Qurban Abdullayevdə ağır dərəcəli yanıq xəsarətləri alıb. Yaralı dərhal yaxınlarının köməkliyi ilə ilkin olaraq Şəmkir Mərkəzi rayon Xəstəxanasına aparılıb. Həkimlərin ilkin tibbi yardımdan sonra zərərçəkmişin vəziyyəti ağır olduğundan Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına göndərilib. Hazırda reanimasiya şöbəsində həkim nəzarətində olan Abdullayevin həyatı təhlükədədir.

İlkin ehtimala görə, hadisəyə mənzildə olan qaz sızması səbəb olub.

Belə ki ev sahibi Qurban Abdullayev gecə saatlarında daxildəki işığı yandırıb həyətə çıxmaq istəyib. Bu zaman qaz xəttlərində sızma olduğundan partlayış baş verib.

Faktla Şəmkir rayonunun hüquq mühafizə orqanları tərəfindənaraşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti