...

Sumqayıtda avtomobil sahibini darvazaya sıxaraq öldürüb

Hadisə Materials 17 May 2014 12:46 (UTC +04:00)
Sumqayıt şəhər sakini hərəkətə gəlmiş avtomobilin onu darvazaya sıxması nəticəsində ölüb.
Sumqayıtda avtomobil sahibini darvazaya sıxaraq öldürüb

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir İ.İzzət/

Sumqayıt şəhər sakini hərəkətə gəlmiş avtomobilin onu darvazaya sıxması nəticəsində ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 16-da Sumqayıt şəhər sakini Natiq Əkbərov idarə etdiyi "YAC" markalı avtomobili təmir etmək məqsədi ilə şəhərin Metallurq küçəsində yerləşən qaynaq sexinə salmaq üçün avtomobildən düşüb sexin darvazasını açmaq istəyərkən avtomobil hərəkətə gəlib və onu darvazaya sıxıb. Nəticədə N.Əkbərov hadisə yerində ölüb.

Faktla əlaqədar araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti