...

Narkotik vasitələrin satışı ilə məşğul olan Gəncə sakini tutulub (FOTO)

Hadisə Materials 31 May 2014 15:18 (UTC +04:00)
Bu gün Gəncə polisinin və Narkotiklərlə Mübarizə İdarəsinin birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində şəhər sakininin mənzilindən külli miqdarda narkotik vasitə ələ keçirilib.
Narkotik vasitələrin satışı ilə məşğul olan Gəncə sakini tutulub (FOTO)

Azərbaycan, Bakı, 31 may /Trend/

Bu gün Gəncə polisinin və Narkotiklərlə Mübarizə İdarəsinin birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində şəhər sakininin mənzilindən külli miqdarda narkotik vasitə ələ keçirilib.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, əməliyyatçılar tərəfindən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Məhərrəm Ağayevin yaşadığı Rəhim Hüseynov küçəsi, ev 18-ə baxış keçirilib. Baxış zamanı məlum olub ki, M.Ağayev öz həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada narkotik vasitələrin becərilməsi, qurudulması və satışı ilə məşğuldur.

Polis əməkdaşları tərəfindən M.Ağayevin yerində ifadəsi alındıqdan sonra Polis İdarəsinə aparılıb.

Faktla bağlı Gəncə şəhər Polis İdarəsi tərəfindən araşdırmalara başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti