...

Bakıda bankomatdan pul çıxarmaqla dələduzluq edilib

Hadisə Materials 11 İyul 2014 15:14 (UTC +04:00)
Bakıda bankomatdan pul çıxarmaqla dələduzluq edilməsi müəyyən olunub.
Bakıda bankomatdan pul çıxarmaqla dələduzluq edilib

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir İlkin İzzət/

Bakıda bankomatdan pul çıxarmaqla dələduzluq edilməsi müəyyən olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 8-də Bakı şəhər sakini Məhluqə Balakişiyeva Xəzər Rayon Polis İdarəsi (RPİ) 2-ci Polis Bölməsinə (PB) ərizə ilə müraciət edərək həmin gün Binə qəsəbəsinin ərazisində naməlum şəxs tərəfindən aldadılaraq "Kapital" banka məxsus bankomatdan 200 manatının çıxarıldığını bildirib.

Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğun Binə qəsəbə sakini Qüvvət Əliyev tərəfindən törədilməsi müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti