...

"RoyalBank"ın 150 min vəsaitini mənimsəmiş vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərilib

Hadisə Materials 21 İyul 2014 15:31 (UTC +04:00)
“RoyalBank” Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxsinin cinayət işi baxılması üçün məhkəməyə göndərilib.
"RoyalBank"ın 150 min vəsaitini mənimsəmiş vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərilib

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir İlkin İzzət/

"RoyalBank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) vəzifəli şəxsinin cinayət işi baxılması üçün məhkəməyə göndərilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "RoyalBank" ASC-nin "Qazax" filialının vəzifəli şəxsləri tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

İstintaq zamanı 2008-2012-ci illərdə filialın müdiri vəzifəsində işləmiş Elmir Əsgərovun qulluq mövqeyindən istifadə edərək cəmiyyətin vəzifəli şəxsləri ilə əlbir olub Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyindən ASC-nin hesabına köçürülmüş pul vəsaitinin 150 min manatını kənd təsərrüfatı kreditlərinin verilməsi adı ilə digər şəxslərin adına sənədləşdirib mənimsəməklə "RoyalBank" ASC-yə külli miqdarda ziyan vurmasında şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə) maddəsində nəzərdə tutulan ittiham elan edilib.

İstintaq dövründə dəymiş ziyanın qismən ödətdirilməsi təmin olunub.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti