...

Bakıda minik avtomobili ilə yük maşını toqquşub, xəsarət alanlar var

Hadisə Materials 26 İyul 2014 13:41 (UTC +04:00)
Bakıda minik avtomobili ilə yük maşını toqquşub.
Bakıda minik avtomobili ilə yük maşını toqquşub, xəsarət alanlar var

Azərbaycan, Bakı, 26 iyul /Trend/

Bakıda minik avtomobili ilə yük maşını toqquşub.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Qaradağ rayonunda "Mercedes" markalı minik avtomobili və "MAN" markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.

Dərhal hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Mercedes" markalı minik avtomobilində olan 2 sərnişin sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qeyd olunan şəxsləri avtomobildən çıxararaq hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım stansiyasının həkimlərinə təhvil verib, habelə hadisə yerində müvafiq təhlükəsizlik tədbirlər görüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti