...

Rusiyadan gələn Azərbaycan vətəndaşından 200 qrama yaxın qızıl aşkarlanıb

Hadisə Materials 2 Sentyabr 2014 10:13 (UTC +04:00)
Rusiyadan gələn Azərbaycan vətəndaşından gömrük nəzarətinə təqdim olunmayan qızıl aşkar olunub.
Rusiyadan gələn Azərbaycan vətəndaşından 200 qrama yaxın qızıl aşkarlanıb

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir İlkin İzzət/

Rusiyadan gələn Azərbaycan vətəndaşından gömrük nəzarətinə təqdim olunmayan qızıl aşkar olunub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sankt-Peterburq-Bakı aviareysi ilə Heydər Əliyev Beynəlxalq Hava Limanına daxil olan Azərbaycan vətəndaşı Vüqar Hümbətova məxsus baqaj rentgen aparatından keçərkən monitorda zərgərlik məmulatlarına oxşar predmetlərin təsviri görünüb.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı həmin yükə təkrar gömrük baxışı keçirib və bu zaman V.Hümbətova məxsus çantadan gömrük nəzarətinə təqdim olunmayan 15 ədəd üzük, 8 cüt sırğa, 18 ədəd qolbaq, 1 ədəd boyunbağı və 3 ədəd üzük-sırğa cütü dəsti aşkar edilib.

İlkin araşdırma zamanı V.Hümbətov istirahət məqsədilə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə getdiyini, orada qohumu olan bir şəxsin ona sözügedən zərgərlik məmulatlarını verərək evinə çatdırmasını xahiş etdiyini bildirib, lakin həmin məmulatları bəyan etməməsinin səbəbini isə qanunvericiliyi bilməməsi ilə əlaqələndirib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, sözügedən predmetlər ümumi çəkisi 190,74 qram olan və 585 əyarlı qızıldan hazırlanan zərgərlik məmulatlarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti