...

Qaradağda baş verən yanğın zamanı ev sahibi ölüb

Hadisə Materials 15 Sentyabr 2014 14:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir İlkin İzzət/

Qaradağ rayonu Sahil qəsəbəsində baş verən yanğın ölümlə nəticələnib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 14-də saat 12 radələrində Qaradağ rayonu Sahil qəsəbəsində yaşayan Minurə Yəhyayevaya məxsus evdə yanğın baş verib.

Nəticədə 40 kv.m. sahədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra M.Yəhyayevanın yanmış meyiti tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti