...

Sumqayıtda Laçın sakinindən silah-sursat götürülüb

Hadisə Materials 17 Sentyabr 2014 14:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir İlkin İzzət/

Laçın rayon sakinindən nömrəsi silinmiş "Makarov" markalı tapança və vasitələri götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 16-da Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Laçın rayon sakini Yusif Hümbətovdan nömrəsi silinmiş "Makarov" markalı tapança, 2 ədəd patron və 1 patron darağı götürülüb.

Qeyd edək ki, Y.Hümbətov əvvəllər məhkumluq həyatı yaşayıb.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti