...

Bakıda avtomobil maneəyə çırpılıb, ölən və yaralananlar var

Hadisə Materials 19 Sentyabr 2014 11:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda avtomobilin maneəyə çırpılması nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 18-də Kürdəxanı - Pirşağı şosesində 1989-cu il təvəllüdlü Ramin Əsədov "Saipa" markalı avtomobilin idarə etməsini itirərək maneəyə vurub. Nəticədə sərnişin, 1988-ci il təvəllüdlü Samir Hüseynov hadisə yerində ölüb, R.Əsədov və digər sərnişin, 1995-ci il təvəllüdlü Murad Mustafayev isə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti