Azərbaycan, Bakı, 27 sentyabr /Trend/
Bakıda avtoxuliqan saxlanılıb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, sentyabrın 26-sı saat 09:30 radələrində Bakıxanov qəsəbəsi, Sülh küçəsində Bakı şəhər sakini Sənani Abdulrəhmanov idarə etdiyi "Hyundai-Veloster" markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyi üçün orada xidmətdə olan Sabunçu RPİ Cinayət-Axtarış Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar zamanı həmin avtomobilin Göyçay rayon sakini Aqil Yusifova məxsus olması və sentyabrın 26-na keçən gecə onun kirayədə yaşadığı Bakıxanov qəsəbəsi, yeni yaşayış sahəsindəki evinin qarşısından S.Abdulrəhmanov tərəfindən qaçırıldığı müəyyən edilib.
Bakıda avtoxuliqan saxlanıldı, avtomobili oğurluq çıxdı