...

DİN: Balakəndə odlu silahla qətlə yetirilmiş şəxsin meyiti tapılıb

Hadisə Materials 4 Oktyabr 2014 14:33 (UTC +04:00)
Balakən rayon Qullar kənd sakininin ov tüfəngindən açılmış atəşlə qətə yetirilmiş meyiti tapılıb.
DİN: Balakəndə odlu silahla qətlə yetirilmiş şəxsin meyiti tapılıb

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir İlkin İzzət/

Balakən rayon Qullar kənd sakininin ov tüfəngindən açılmış atəşlə qətə yetirilmiş meyiti tapılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oktyabrın 3-də Balakən rayonu ərazisində Qullar kənd sakini Vaqif Omarovun ov tüfəngindən açılmış atəşlə qətə yetirilmiş meyiti tapılıb.

Hadisə yerində "İJ-12" markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Hadisə ilə bağlı Balakən RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti