...

İtkin düşmüş Boeing 777-nin axtarışları bərpa edilib

Hadisə Materials 6 Oktyabr 2014 20:21 (UTC +04:00)
Hind okeanında bu ilin yazında itkin düşmüş Malaysia Airlines aviaşirkətinə məxsus Boeing 777 sərnişin təyyarəsinin axtarışı üzrə işlər başlanıb.
İtkin düşmüş Boeing 777-nin axtarışları bərpa edilib

Azərbaycan, Bakı, 6 oktyabr /Trend/

Hind okeanında bu ilin yazında itkin düşmüş Malaysia Airlines aviaşirkətinə məxsus Boeing 777 sərnişin təyyarəsinin axtarışı üzrə işlər başlanıb. Trend Anadolu agentliyinə istinadən bu barədə məlumat verir.

Gözlənilir ki, 12 gün ərzində təyyarə parçalarının axtarışları üç gəmi aparacaq: onlardan biri - GO Phoenix - bazar ertəsi axtarış zonasına gəlib.

227 sərnişin və 12 ekipaj üzvü olan və Kuala-Lumpurdan Pekinə uçan Malaysia Airlines aviaşirkətinin Boeing 777 təyyarəsi martın 8-nə keçən gecə radarların ekranlarından itib.

Xəbər lenti

Xəbər lenti