...

BMT: Ukraynadakı münaqişə 3660 nəfərin həyatına son qoyub

Hadisə Materials 8 Oktyabr 2014 17:13 (UTC +04:00)
2014-cü il aprelin ortalarından oktyabrın 6-dək Ukraynada davam edən münaqişə nəticəsində 3660 nəfər ölüb, 8756-sı isə yaralanıb.
BMT: Ukraynadakı münaqişə 3660 nəfərin həyatına son qoyub

Azərbaycan, Bakı, 8 oktyabr /Trend/

2014-cü il aprelin ortalarından oktyabrın 6-dək Ukraynada davam edən münaqişə nəticəsində 3660 nəfər ölüb, 8756-sı isə yaralanıb.

Bu barədə Trend BMT-nin İnsan hüquqları üzrə ali komissarının İdarəsinə istinadən məlumat verir.

Sentyabrın 30-na olan məlumata əsasən, Ukraynanın şərqində həlak olanların sayı (Malayziyanın "Boeing" təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərlə birlikdə) 3627 nəfər, yaralıların sayı isə 8446 olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti