...

Balakəndə qətl törədən dəstə tutulub

Hadisə Materials 9 Oktyabr 2014 13:02 (UTC +04:00)
Oktyabrın 3-də Balakən rayonunun ərazisində Qullar kənd sakini Vaqif Omarovun ov tüfəngindən açılmış atəşlə qətlə yetirilmiş meyiti tapılıb.
Balakəndə qətl törədən dəstə tutulub

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir İlkin İzzət/

Oktyabrın 3-də Balakən rayonunun ərazisində Qullar kənd sakini Vaqif Omarovun ov tüfəngindən açılmış atəşlə qətlə yetirilmiş meyiti tapılıb.

Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə yerində "İJ-12" markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat və istintaq tədbirləri nəticəsində qətli törətmiş Füzuli rayon sakinləri Mansur Heydərzadə, Sahil Quliyev, Əvəz Məmmədov, Balakən rayon sakinləri Məhəmməd Xizriyev, İntiqam Umarov tutulublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti