...

Ötən günün cinayət hadisələri

Hadisə Materials 10 Oktyabr 2014 13:44 (UTC +04:00)
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 53 cinayət faktı qeydə alınıb, onların da 34-ü “isti izlər”lə açılıb.
Ötən günün cinayət hadisələri

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 53 cinayət faktı qeydə alınıb, onların da 34-ü "isti izlər"lə açılıb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 13 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 41 nəfər tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti