...

Bakıda dəmiryolda yanğın baş verib

Hadisə Materials 10 Oktyabr 2014 16:14 (UTC +04:00)
Bakıda dəmiryolda hərəkətdə olan motovozda yanğın baş verib.
Bakıda dəmiryolda yanğın baş verib

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda dəmiryolda hərəkətdə olan motovozda yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Qaradağ rayonunda "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus Ələt-Qobustan istiqaməti ilə hərəkət edən motovozun kabinəsinin yanar hissələri qismən yanıb.

Motovozun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti