...

Qadın məhkum əri üçün telefon keçirmək istədi

Hadisə Materials 16 Oktyabr 2014 13:16 (UTC +04:00)
Bakıdakı 13 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyalar keçirmək cəhdinin qarşısı alınıb.
Qadın məhkum əri üçün telefon keçirmək istədi

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir İlkin İzzət/

Bakıdakı 13 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyalar keçirmək cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Urfan Fikrət oğlu Umayevin yanına qısamüddətli görüşə gəlmiş həyat yoldaşı, Şabran rayonu, Rəhimli kəndində yaşayan vətəndaş Tamilə Simran qızı Paşayevanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilib.

Baxış zamanı onun əl çantasının içərisində gizlədilmiş, daxilində "Cin" danışıq kartı olan bir ədəd "Nokia" markalı mobil telefon aparatı, 1 ədəd qulaqcıq və gətirdiyi sovqatın içərisində gizlədilmiş 1 ədəd əl bıçağı aşkar edilərək götürülüb.

Qeyd edək ki, Urfan Umayev Cinayət Məcəlləsinin 228.2; 279.1 və 66.3 maddələrinə əsasən azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti