...

Bakıda oğurluqda şübhəli bilinən şəxslər tutulublar

Hadisə Materials 18 Oktyabr 2014 11:13 (UTC +04:00)
Binəqədi RPİ 6-cı PB əməkdaşarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Abşeron rayon sakini 1985-ci il təvəllüdlü Coşqun Mirzəyev və Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Asif Novruzov tutulub.
Bakıda oğurluqda şübhəli bilinən şəxslər tutulublar

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda oğurluqda şübhəli bilinən şəxslər tutulublar.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə bildiriblər ki, sentyabrın 24-ə keçən gecə Biləcəri qəsəbəsi, Binəqədi şossesində yaşayan Oktay Əsədovun evindən pəncərədən keçməklə 23.000 ABŞ dolları və qızıl-zinət əşyaları oğurlanıb.

Binəqədi RPİ 6-cı PB əməkdaşarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Abşeron rayon sakini 1985-ci il təvəllüdlü Coşqun Mirzəyev və Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Asif Novruzov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti