...

Bakıda bıçaqlanmaya görə 2 yeniyetmə tutulub

Hadisə Materials 20 Oktyabr 2014 11:03 (UTC +04:00)
Bakıda adam bıçaqladığına görə 2 yeniyetmə tutulub.
Bakıda bıçaqlanmaya görə 2 yeniyetmə tutulub

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda adam bıçaqladığına görə 2 yeniyetmə tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oktyabrın 15-də A.Qurban küçəsində iki nəfər naməlum şəxs, orada kirayədə yaşayan Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Pavel Bardinə bıçaq xəsarəti yetirib.

Xətai Rayon Polis İdarəsi 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cinayətdə şübhəli bilinən Bakı şəhər sakinləri, 1997-ci il təvəllüdlü Ə.Qurbanov və 1998-ci il təvəllüdlü Ə.Qəribov tutulublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti