...

Bakıda 20 yaşlı bacısının başını kəsən qız saxlanılıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 23 Oktyabr 2014 10:23 (UTC +04:00)
Bakıda 20 yaşlı tələbənin bacısı tərəfindən qətlə yetirildiyi müəyyən edilib.
Bakıda 20 yaşlı bacısının başını kəsən qız saxlanılıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda 20 yaşlı tələbənin bacısı tərəfindən qətlə yetirildiyi müəyyən edilib.

Trend-in əldə etdiyi məlumata görə, 1994-cü il təvəllüdlü Günel Etibar qızı Nuriyevanın bacısı Pərvanə Nuriyeva tərəfindən qətlə yetirildiyi müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, dünən G.Niruyevanın yaşadığı Xudu Məmmədov küçəsi, ev 20, mənzil 39 ünvanında üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. G.Nuriyeva Bakıda fəaliyyət göstərən musiqi məktəbində oxuyurmuş.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti