...

Gəncədə məcburi köçkünlərin yaşadığı yataqxanada yanğın olub

Hadisə Materials 24 Oktyabr 2014 21:13 (UTC +04:00)
Gəncə şəhərində 3 saylı peşə liseyinin yataqxanasında yanğın baş verib.
Gəncədə məcburi köçkünlərin yaşadığı yataqxanada yanğın olub

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

Gəncə şəhərində 3 saylı peşə liseyinin yataqxanasında yanğın baş verib.

Trend-in Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, Nizami prospekti ilə Xətai prospektinin kəsişməsində yerləşən 5 mərtəbəli yataqxananın dam örtüyündə başlayan şiddətli yanğını FHN-in yanğınsöndürən briqadası söndürməyə çalışır.

Hələ ki, alovu ram etmək mümkün olmayıb.

Qeyd edək ki, həmin binada məcburi köçkünlər məskunlaşıb.

Sakinlər hadisə yerindən təxliyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti