...

Bakıda axtarışda olan oğru və dələduzlar tutuldu

Hadisə Materials 25 Oktyabr 2014 12:24 (UTC +04:00)
Bakıda axtarışda olan oğru və dələduzlar tutulub.
Bakıda axtarışda olan oğru və dələduzlar tutuldu

Azərbaycan, Bakı, 25 oktyabr /Trend/

Bakıda axtarışda olan oğru və dələduzlar tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Səbail rayon Polis İdarəsi (RPİ) 9-cu polis bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan 1974-cü il təvəllüdlü Əli Qurbanov tutulub.

Həmçinin Sabunçu RPİ Cinayət-axtarış şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İsmayıllı rayon Polis şöbəsi tərəfindən AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1981-ci il təvəllüdlü Vüsal Qasımov tutulub.

Bundan başqa, Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1974-cü il təvəllüdlü Elçin Abbasov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti