...

Ötən gün 3 piyada ölüb

Hadisə Materials 25 Oktyabr 2014 14:17 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oktyabrın 24-nə keçən gecə Nərimanov rayonunun A.Nemətulla küçəsində Bakı şəhər sakini Rahim Əsədov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən 45-50 yaşlı kişini vurub və həmin şəxs hadisə yerində ölüb.
Ötən gün 3 piyada ölüb

Azərbaycan, Bakı, 25 oktyabr /Trend/

Ötən gün Azərbaycanda 3 piyada ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oktyabrın 24-nə keçən gecə Nərimanov rayonunun A.Nemətulla küçəsində Bakı şəhər sakini Rahim Əsədov idarə etdiyi "Hyundai" markalı avtomobillə yolu keçən 45-50 yaşlı kişini vurub və həmin şəxs hadisə yerində ölüb.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Oktyabrın 24-də saat 15 radələrində Şamaxı şəhərinin M.F.Axundov küçəsində şəhər sakini Samir Məmmədov idarə etdiyi "QAZ-52" markalı avtomobillə yolu keçən həmyerlisi Lətif Mirzəyevi vurub və piyada hadisə yerində ölüb.

Şamaxı RPŞ tərəfindən araşdırma aparılır.

Həmin gün saat 20 radələrində Xətai rayonunun Zığ yolu küçəsində Bakı şəhər sakini Mərahim Xankişiyev idarə etdiyi "VAZ-2106" markalı avtomobillə yolu keçən paytaxt sakini 1960-cı il təvəllüdlü Ülkər Əsədovanı vurub və piyada hadisə yerində ölüb.

Xətai RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Ümumilikdə ötən gün respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 14 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti