...

Bakıda yol kənarında durmaq təhlükəlidir

Hadisə Materials 27 Oktyabr 2014 13:38 (UTC +04:00)
Bilgəh qəsəbəsində iki ovtomobiliun toqquşması yolun kənarında dayanan vətəndaşın ölümünə səbəb olub.
Bakıda yol kənarında durmaq təhlükəlidir

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Bilgəh qəsəbəsində iki ovtomobiliun toqquşması yolun kənarında dayanan vətəndaşın ölümünə səbəb olub.

Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 26-da saat 19 radələrində Sabunçu rayonunun Bilgəh qəsəbəsində Bakı şəhər sakini Mehdiməhəmməd Məmmədovun idarə etdiyi "MG" və Qobustan rayon sakini Kamran Zülfüqarovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub, idarəetmən itirmiş K.Zülfüqarov yolun kənarında dayanmış qəsəbə sakini Zakir Əmirovu vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti