...

Bakıda 3 nəfəri bıçaqlayaraq aradan çıxan şəxs tutuldu

Hadisə Materials 29 Oktyabr 2014 17:53 (UTC +04:00)
Bakıda 3 nəfəri bıçaqlayaraq qaçan şəxs tutulub.
Bakıda 3 nəfəri bıçaqlayaraq aradan çıxan şəxs tutuldu

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Bakıda 3 nəfəri bıçaqlayaraq qaçan şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun Trend-ə daxil olan birgə məlumatına əsasən, oktyabrın 28-də saat 17 radələrində paytaxtın Xətai rayonu ərazisində fəaliyyət göstərən "Xəzri TN" MMC-yə məxsus çörək zavodunun qarışısında həmin zavodda fəhlə işləyən Abdullayev Orxan Yasin oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı özündə olan bıçaqla zavodda sürücü və fəhlə işləyən Kərimov Elşad Fariz oğlu, Süleymanov Anar Əhliman oğlu və Cəbrayılzadə Ömər Şahin oğluna çoxsaylı bədən xəsarətləri yetirərək hadisə yerindən qaçması və E.Kərimovun aldığı xəsarətlərdən xəstəxanada ölməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Bakı şəhər Baş Polis idarəsi və şəhər prokurorluğunun, həmçinin Xətai rayon hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən O.Abdullayev tutularaq istintaqa cəlb olunub, cinayətin aləti olan bıçaq maddi sübut kimi götürülüb.

Hazırda iş üzrə Bakı şəhər prokurorluğunun İstintaq idarəsində zəruri istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti