...

Ağcabədidə evdə partlayış: 3 nəfər xəsarət alıb

Hadisə Materials 30 Oktyabr 2014 20:48 (UTC +04:00)
Ağcabədidə evdə partlayış olub.
Ağcabədidə evdə partlayış: 3 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

Ağcabədidə evdə partlayış olub.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Ağcabədi rayonu, Salmanbəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağında məişət qazının sızması nəticəsində partlayış baş verib. Nəticədə otağın divarlarında çatlar əmələ gəlib və pəncərə şüşələri sınıb.

Partlayış zamanı 3 nəfər xəsarət alıb və təcili tibbi yardım xidməti tərəfindən Ağcabədi rayon mərkəzi xəstəxanasına aparılıb. Yanğın hadisəsi baş verməyib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti