...

Bakıda elektroşokerdən istifadə edib, külli miqdarda pul oğurlandı

Hadisə Materials 31 Oktyabr 2014 12:21 (UTC +04:00)
Bakıda ticarət mərkəzində elektroşokerdən istifadə etməklə oğurluq edən şəxs saxlanılıb.
Bakıda elektroşokerdən istifadə edib, külli miqdarda pul oğurlandı

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

Bakıda ticarət mərkəzində elektroşokerdən istifadə etməklə oğurluq edən şəxs saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə bildiriblər ki, oktyabrın 30-da saat 16:10 radələrində Qaradağ rayonunda yerləşən ticarət mərkəzində naməlum şəxs Abşeron rayon sakini İlqar Hüseynovun üzündən elektroşokernən vuraraq içərisində 5000 manat olan selofan paketi əlindən alıb qaçıb.

Qaradağ RPİ 10-cu Polis Bölməsi, Çevik Polis Alayı əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Şərur rayon sakini Mübariz Zaxarov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti