...

Bakıda axtarışda olan 8 nəfər tutulub

Hadisə Materials 9 Dekabr 2014 11:29 (UTC +04:00)
Bakıda axtarışda olan 8 nəfər tutulub.
Bakıda axtarışda olan 8 nəfər tutulub

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir İlkin İzzət/

Bakıda axtarışda olan 8 nəfər tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xəzər RPİ, Nərimanov RPİ, Xəzər RPİ, Qaradağ RPİ Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbələrinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, müvafiq olaraq, borclu kimi axtarışda olanlar - Surxay Məmmədov, Qəmbər Heydərov, Gülxanım Fətullayeva, Hüseyn Şükürov, Əflatun Əhmədov tutulub.

Bundan əlavə, Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi, Nəsimi RPİ Cinayət Axtarış Şöbəsi və 21-ci PB, Yasamal RPİ 28-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə tərəfindən axtarışda olanlar, müvafiq olaraq, Şahin Əliyev, 178-ci (Dələduzluq) maddəsi ilə axtarışda olan Samir Bağırov, 177 -ci (Oğurluq) maddəsi ilə axtarışda olan Elçin Ələsgərov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti