...

Paytaxtda Maşınqayırma zavodunda ölüm

Hadisə Materials 9 Fevral 2015 13:09 (UTC +04:00)
Lökbatandakı Maşınqayırma zavodunda ölüm hadisəsi qeydə alınıb.
Paytaxtda Maşınqayırma zavodunda ölüm

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir İlkin İzzət/

Lökbatandakı Maşınqayırma zavodunda ölüm hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 7-də Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Maşınqayırma zavodunda ölüm hadisəsi baş verib.

Belə ki, zavodda işləyən Yunus Güləliyev elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla əlaqədar araşdırma aparılır.

ARDNŞ-nin yaydığı məlumatda isə bildirilir ki, Ə.Əmirov adına NQÇİ-nin Elektrik avadanlıqlarının təmiri sexinin 5-ci dərəcəli elektrik montyoru 1974-cü il təvəllüdlü Yunus Güləli oğlu Güləliyev növbədə olarkən həmin gün iş növbəsində olmayan elektrik montyoru Rafiq Əhmədovun xahişi ilə şəxsi məqsədləri üçün yaxınlıqdakı "Qaradağ Maşınqayırma Zavodu" ASC-nin həyətində yerləşən və Ə.Əmirov adına NQÇİ-yə heç bir aidiyyəti olmayan 6 kV-luq yarımstansiyada ayırıcını açmaq istəyərkən gərginlik altına düşüb və saat 15:20 radələrində onun meyiti paylayıcı qurğuda aşkar edilib.

Məlum olub ki, Y.Güləliyev iş yerini rəhbərliyə məlumat vermədən və qanunsuz olaraq tərk edib.

Y.Güləliyevin meyiti Məhkəmə-tibbi ekspertizasına aparılaraq müayinə olunub və onun elektrik cərəyanının təsiri nəticəsində öldüyü məlum olub. Hadisə ilə bağlı yaradılmış komissiya tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti