...

Polisdən tapança əməliyyatı

Hadisə Materials 12 Fevral 2015 15:45 (UTC +04:00)
Mingəçevir və Bakı sakinlərindən silah-sursat götürülüb.
Polisdən tapança əməliyyatı

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir İlkin İzzət/

Mingəçevir və Bakı sakinlərindən silah-sursat götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Mingəçevir ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yeni Həyat qəsəbə sakini Qadir Xudabaxşıyevdən "TT" markalı tapança götürülüb.

Bundan başqa, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Qəşəm Əhmədovun evindən "Valter" markalı tapança və 1 patron aşkar edilərək götürülüb.

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Namiq Əmirovdan "Naqan" markalı tapança və 4 ədəd tapança patronu götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti