...

DİN Salyanda 5 nəfərin öldüyü yol qəzası ilə bağlı məlumat yaydı

Hadisə Materials 23 Fevral 2015 15:37 (UTC +04:00)
Salyan rayonunun Şorsulu qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər ölüb.
DİN Salyanda 5 nəfərin öldüyü yol qəzası ilə bağlı məlumat yaydı

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir İlkin İzzət/

Salyan rayonunun Şorsulu qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 22-də saat 17 radələrində Salyan rayonunun Şorsulu qəsəbəsində Lənkəran rayon sakini Zahid Əliyevin idarə etdiyi "VAZ-2106" və Astara rayon sakini Elnur Mirzəyevin idarə etdiyi "MAZ" markalı avtomobillər toqquşub.

Z.Əliyev və sərnişinləri, həmyerliləri Talıb Əliyev, Natiq Əzimov, Heydər Yaqubov və Səidə Abbaszadə hadisə yerində ölüblər.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti