...

Heroini bağırsağına soxub sərhədi keçmək istədi

Hadisə Materials 26 Fevral 2015 15:47 (UTC +04:00)
İrandan gələn azərbaycanlının daxili orqanında heroin aşkar olunub.
Heroini bağırsağına soxub sərhədi keçmək istədi

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir İlkin İzzət/

İrandan gələn azərbaycanlının daxili orqanında heroin aşkar olunub.

Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Rəşad Axundovun üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı onun daxili orqanında, düz bağırsağında 1 ədəd bükümdə, ümumi xalis çəkisi 0,701 qram olan narkotik vasitə - heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparıır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti