...

Avtoxuliqan 1 il avtomobil idarə edə bilməyəcək

Hadisə Materials 2 May 2015 13:35 (UTC +04:00)
Martın 5-də Emin Abbasov idarə etdiyi “Mercedes” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Avtoxuliqan 1 il avtomobil idarə edə bilməyəcək

Azərbaycan, Bakı, 2 may /Trend/

Martın 5-də Emin Abbasov idarə etdiyi "Mercedes" markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Trend DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, onun barəsində toplanan material Xətai rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarına əsasən İXM-nin 296-1.1 maddəsi ilə təqsirli bilinərək E.Abbasov barəsində 12 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə və 1 ay müddətinə inzibati həbs tətbiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti