...

Sürücü yük platformasının altında qalaraq vəfat etdi

Hadisə Materials 2 May 2015 21:22 (UTC +04:00)
Bakı şəhəri, Xətai rayonunda “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə məxsus avtonəqliyyat sexində "Man" markalı yük avtomobilin sürücüsü avtomobili təmir etmək məqsədilə yük platformasını qaldırmışdır. Avtomobildə olan texniki nasazlıq nəticəsində yük platforması aşmış, sürücü platforma və avtomobilin şassisi arasında qalaraq vəfat etmişdir.
Sürücü yük platformasının altında qalaraq vəfat etdi

Azərbaycan, Bakı, 2 may /Trend/

Bakı şəhəri, Xətai rayonunda "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə məxsus avtonəqliyyat sexində "Man" markalı yük avtomobilin sürücüsü avtomobili təmir etmək məqsədilə yük platformasını qaldırmışdır. Avtomobildə olan texniki nasazlıq nəticəsində yük platforması aşmış, sürücü platforma və avtomobilin şassisi arasında qalaraq vəfat etmişdir. Bu barədə Trend Fövqaladə Hallar nazirliyinə istinadən xəbər verir.

Xilasedicilər sürücünün meyitini təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyətı üzrə təhvil vermişlər. Əməliyyat saat 16:16-da başa çatmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti