...

“Sədərək” ticarət mərkəzində oğurluq edildi

Hadisə Materials 4 May 2015 11:22 (UTC +04:00)
Bakının “Sədərək” ticarət mərkəzində elektrik avadanlıqları oğurlanıb.
“Sədərək” ticarət mərkəzində oğurluq edildi

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir İlkin İzzət/

Bakının "Sədərək" ticarət mərkəzində elektrik avadanlıqları oğurlanıb.

Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Trend-ə verilən məlumata görə, mayın 2-də Lökbatan qəsəbəsində yerləşən "Sədərək" ticarət mərkəzində Bakı şəhər sakinləri Əli Abdullayevə məxsus mağazanın qarşısından 3 ədəd tozsoran, Elşən Əzizova məxsus mağazanın qarşısından isə 35 ədəd elektrik qızdırıcı oğurlanıb.

Qaradağ rayon Polis İdarəsi 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, elektrik avadanlıqlarını oğurlamaqda şübhəli bilinən 1972-ci il təvəllüdlü Rəşad Hüsən oğlu Mehrəliyev tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti