...

Bakıda Türkiyə vətəndaşını soymuş ağstafalı qadın tutulub

Hadisə Materials 4 May 2015 13:18 (UTC +04:00)
Oğurluq etdiyinə görə tutulan ağstafalı qadından narkotik vasitə tiryək götürülüb.
Bakıda Türkiyə vətəndaşını soymuş ağstafalı qadın tutulub

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir İlkin İzzət/

Oğurluq etdiyinə görə tutulan ağstafalı qadından narkotik vasitə tiryək götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Yasamal rayon Polis İdarəsi 29-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 30-da Türkiyə vətəndaşı Ərişan Balonun yaşadığı evdən 650 manat, 50 ABŞ dolları, 250 lari və 30 türk lirəsi, habelə qızıl üzük oğurlayan Ağstafa rayon sakini, əvvəllər məhkum olunan Maya Yaqubova tutulub.

Ondan 0,712 qram tiryək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti