...

Bakı polisi vətəndaşlardan odlu silahlar götürüb

Hadisə Materials 4 May 2015 13:20 (UTC +04:00)
Bakıda iki nəfərdən silah-sursat götürülüb.
Bakı polisi vətəndaşlardan odlu silahlar götürüb

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir İlkin İzzət/

Bakıda iki nəfərdən silah-sursat götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsi 18-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Zaur Yusifovdan "Simson" markalı tapança götürülüb.

Nizami RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Siyəzən rayon sakini Oruc İsayevdən "AKSU" markalı silah, 43 ədəd patron və digər hərbi sursat götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti