...

Şəmkirdə selin fəsadları aradan qaldırılır (FOTO)

Hadisə Materials 4 May 2015 17:26 (UTC +04:00)
Ötən gün gecə saatlarından başlayaraq Qərb bölgəsinə yağan güclü yağış Şəmkir rayonunda bəzi fəsadlar yaradıb.
Şəmkirdə selin fəsadları aradan qaldırılır (FOTO)

Azərbaycan, Bakı, 4 may /Trend/

Ötən gün gecə saatlarından başlayaraq Qərb bölgəsinə yağan güclü yağış Şəmkir rayonunda bəzi fəsadlar yaradıb.

Trend Kəpəz TV-yə (Region TV) istinadən məlumat verir ki, evləri və həyətyanı sahələri su basıb, təsərrüfatlara xeyli ziyan dəyib.

Yağış suları Şəmkirin Yuxarı və Aşağı Seyfəli, Abbaslı və Könüllü kəndlərində ciddi fəsadlar yaradıb. Sözügedən yaşayış məntəqələrində 25-ə yaxın evin zirzəmisinə su dolub. Kəndlərarası yollar sıradan çıxıb. Bəzi təsərrüfatlarda, meyvə bağları və əkin sahələrində məhsula ziyan dəyib.

Artıq iki gündür rayon Fövqəladə Hallar komissiyası ağır texnika və işçi qüvvəsini səfərbər edərək fəsadlarının aradan qaldırılmasına çalışır.

Şəmkir rayon FHK-nın sədri Qüdrət Əliyev deyib ki, elektrik verilişində fasilələr yaranmışdı, artıq bu problem həll edilib: "Müəyyən ağır texnikalar vasitəsilə fəsadlar qısa zamandan aradan qaldırılıb. Hazırda həyat öz axarı ilə davam edir. Heç bir problem yoxdur".

Kəndlərdə eyni halın bir daha təkrarlanmaması üçün bəzi qabaqlayıcı tədbirlər də görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti