...

Nepalda zəlzələ qurbanlarının sayı artır: 7500 nəfər

Hadisə Materials 5 May 2015 16:19 (UTC +04:00)
Nepalda dağıdıcı zəlzələnin qurbanlarının sayı 7,5 min nəfərə çatıb.
Nepalda zəlzələ qurbanlarının sayı artır: 7500 nəfər

Azərbaycan, Bakı, 5 may /Trend/

Nepalda dağıdıcı zəlzələnin qurbanlarının sayı 7,5 min nəfərə çatıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, daha əvvəl 14 366 nəfərin xəsarət aldığı bildirilirdi.

Məlumata görə, ölənlərin 57-si əcnəbidir. Daha 12 əcnəbi vətəndaş itkin düşmüş hesab edilir.

Qeyd edək ki, aprelin 25-də Nepalda 7,9 gücündə zəlzələ baş vermişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti