...

Dövlət Statistika Komitəsinin qarşısındakı yolda yük maşını aşıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 6 May 2015 09:25 (UTC +04:00)
Bu gün səhər saatlarında Dövlət Statistika Komitəsinin qarşısındakı yolda yük maşını aşıb.
Dövlət Statistika Komitəsinin qarşısındakı yolda yük maşını aşıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir İlkin İzzət/

Bu gün səhər saatlarında Dövlət Statistika Komitəsinin qarşısındakı yolda yük maşını aşıb. Trend-in məlumatına görə, qəza nəticəsində Bakıxanov küçəsində tıxac yaranıb.

Qəza ərazidəki reklam lövhəsini götürmək üçün gələn qaldırıcı kranın aşması nəticəsində meydana gəlib. Hazırda qaldırıcı kranın və reklam lövhəsinin götürülməsi üçün işlər aparılır. İlkin məlumata görə, kranın aşdığı ərazidə avtomobillər olsa da, heç birinə zərər dəyməyib. Qaldırıcı kran özü isə uzaqdan idarə edildiyi üçün kabinədə heç kim olmayıb, bu səbəbdən xəsarət alan olmayıb.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən Trend-ə bildiriblər ki, Nəriman Nərimanov prospektinin İnşaatçılar prospekti ilə kəsişməsində (Statistika dairəsi) baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində N.Nərimanov prospektində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

Hazırda aşmış texnikanın yoldan kənarlaşdırılması istiqamətində işlər aparılır.

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti