...

Binəqədidə intihara cəhdin qarşısı alınıb

Hadisə Materials 15 May 2015 17:13 (UTC +04:00)
Hadisə yerində məlum olub ki, vətəndaş çoxmərtəbəli binanın eyvanına çıxaraq intihar etmək niyyətini nümayiş etdirir.
Binəqədidə intihara cəhdin qarşısı alınıb

Azərbaycan, Bakı, 15 may /Trend/

Bakıda intihara cəhdin qarşısı alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfərin intihara cəhd etməsi haqqında məlumat daxil olub. Dərhal nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.

Hadisə yerində məlum olub ki, vətəndaş çoxmərtəbəli binanın eyvanına çıxaraq intihar etmək niyyətini nümayiş etdirir. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbətlər nəticəsində intihar etmək istəyən şəxs fikrindən daşındırılıb və təhlükəsiz əraziyə endirilərək aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti