...

Baş prokuror: Yanğına ilkin səbəb binanın üzlüyünün lazımı keyfiyyətdə olmaması ehtimal edilir

Hadisə Materials 19 May 2015 13:32 (UTC +04:00)
Bakının Binəqədi rayonunda yanğının ilkin səbəbi binanın üzlüyünün lazımı keyfiyyətdə olmaması ehtimal edilir.
Baş prokuror: Yanğına ilkin səbəb binanın üzlüyünün lazımı keyfiyyətdə olmaması ehtimal edilir

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir Ənvər Məmmədov/

Bakının Binəqədi rayonunda yanğının ilkin səbəbi binanın üzlüyünün lazımı keyfiyyətdə olmaması ehtimal edilir. Trend xəbər verir ki, bunu bu gün Bakının Binəqədi rayonu, Azadlıq prospektindəki 16 mərtəbəli binada baş vermiş güclü yanğınla bağlı hadisə yerindəcə jurnalistlərə açıqlama verən Respublikanın baş prokuror Zakir Qaralov deyib.

Onun sözlərinə görə, bu sahədə istintaqa, əməliyyat qrupuna ixtisaslaşdırılmış kadrlar cəlb olunub: "İcra orqanlarından təhvil-təslim aktları götürülüb. Bu hadisəyə lazımi qiymət veriləcək".

Qeyd edək ki, hazırda baş prokuror Zakir Qaralovla yanaşı daxili işlər naziri, general-polkovnik Ramil Usubov da hadisə yerindədir.

Xatırladaq ki, Bakıda yaşayış binasında baş verən yanğınla bağlı Fövqəladə Hallar, Daxili İşlər nazirlikləri və Baş Prokurorluq birgə istintaq qrupu yaradıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti