...

Nəsimi rayonunda baş verən yanğında 3 avtomobil yanıb

Hadisə Materials 25 May 2015 10:04 (UTC +04:00)
Bakının Nəsimi rayonunda baş verən yanğında 3 avtomobil yanıb.
Nəsimi rayonunda baş verən yanğında 3 avtomobil yanıb

Azərbaycan, Bakı, 25 may /Trend/

Bakının Nəsimi rayonunda baş verən yanğında 3 avtomobil yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşlara məxsus "HYUNDAİ" markalı minik avtomobilinin yanar hissələri, yaxınlıqda dayanmış "Audi" markalı minik avtomobilinin sol tərəfi və "Qazel" markalı mikroavtobusun sol qapısı qismən yanıb.

İki avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 03:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti