...

Azərbaycanın qərb bölgəsində zəlzələ baş verib

Hadisə Materials 26 May 2015 09:32 (UTC +04:00)
Azərbaycanın qərb bölgəsində zəlzələ baş verib.
Azərbaycanın qərb bölgəsində zəlzələ baş verib

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanın qərb bölgəsində zəlzələ baş verib.

Trend AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən bildirir ki, saat 06:20:36-da Mingəçevirdən 33 km qərbdə Goranboy-Yevlax sərhədində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub. Zəlzələ ocağının dərinliyi 4,7 km olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti