...

Nigeriyada kəndlərə hücum: 100-dən çox ölü

Hadisə Materials 26 May 2015 18:28 (UTC +04:00)
Nigeriyanın Benue ştatında naməlum şəxslərin bir neçə kəndə hücumu nəticəsində 100-dən çox insan ölüb.
Nigeriyada kəndlərə hücum: 100-dən çox ölü

Azərbaycan, Bakı, 26 may /Trend/

Nigeriyanın Benue ştatında naməlum şəxslərin bir neçə kəndə hücumu nəticəsində 100-dən çox insan ölüb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, hücum edənlərin hərbi geyimli fulani çobanları olduğu ehtimal edilir.

Öldürülənlərin əksəriyyəti qadın, uşaq və yaşlılardır.

Qeyd edək ki, Nigeriyada köçəri heyvandarlıqla məşğul olan fulanilər və oturaq həyat tərzi keçirən kəndlilər arasında düşmənçilik daimi xarakter daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti