...

Güclü yağış Gəncəni işıqsız qoyub (FOTO)

Hadisə Materials 29 May 2015 09:39 (UTC +04:00)
Güclü yağış Gəncənin bəzi ərazilərini işıqsız qoyub.
Güclü yağış Gəncəni işıqsız qoyub  (FOTO)

Azərbaycan, Bakı, 29 may /Trend/

Güclü yağış Gəncənin bəzi ərazilərini işıqsız qoyub.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, dünən saat 18:00 radələrində Gəncədə güclü küləklə müşahidə olunan leysan yağış yağıb. Bir neçə dəqiqə davam edən güclü yağışla əlaqədar şəhərin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

"Azərişıq" ASC-nin Gəncə Regional Nümayəndəliyindən verilən məlumata görə, elektirk enerjisində məhdudiyyətin yaranmasına səbəb Şəmkir SES-də baş verən qəzadır. Leysan şəhərin küçə və prospektlərində avtomobillərin hərəkətini çətinləşdirib. Şəhərin aidiyyati strukturları gücləndirilmiş iş rejiminə keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti