...

Bakıda vətəndaş öz həyətində quyuya düşdü

Hadisə Materials 30 May 2015 09:42 (UTC +04:00)
Bakıda vətəndaş öz həyətində quyuya düşüb.
Bakıda vətəndaş öz həyətində quyuya düşdü

Azərbaycan, Bakı, 30 may /Trend/

Bakıda vətəndaş öz həyətində quyuya düşüb.

Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər vətəndaşın köməyə ehtiyacı var.

FHN-in xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerinə baxış keçirilərkən məlum olub ki, vətəndaşa məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən əlavə tikilinin döşəməsinin çökməsi nəticəsində əmələ gəlmiş diametri təxminən 3-4 metr, dərinliyi təxminən 3 metr olan quyuya düşüb və aldığı xəsarət nəticəsində düşdüyü quyudan çıxmaq iqtidarında olmayıb.

Xilasedicilər vətəndaşı dağıntılar arasından çıxarıb və hadisə yerinə çağrılmış təcili tibbi yardım stansiyasının əməkdaşlarına təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti